Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya işgüzar səfəri

Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Moldovanın Baş naziri Vladimir Filat ilə görüşmüşdür.
Görüşdə Varşavada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin əhəmiyyəti vurğulandı. Bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun qeyd edildiyi görüşdə iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Bundan başqa, qarşılıqlı səfərlərin, iş adamları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edildi.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında