Bağçılıq, meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev "İKAR-S" MMC tərəfindən Qubada inşa edilən bağçılıq, meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur.
Məlumat verildi ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu respublikanın regionlarında meyvə-tərəvəz məhsullarının saxlanılması üçün ümumi dəyəri 114,8 milyon manat, kredit tələbatı 64,3 milyon manat və tutumu 108,1 min ton olan 32 soyuducu anbar kompleksini maliyyələşdirmişdir. Bu layihələrdən 18-i başa çatdırılaraq istifadəyə verilmişdir. Digər layihələrin isə inşası davam etdirilir.
Dövlətimizin başçısı kompleksin ərazisinin yaxınlığındakı alma bağı ilə tanış oldu. Bildirildi ki, sahibkarlıq subyekti tərəfindən 145 hektar ərazidə məhsuldar alma bağları salınmışdır. Bu bağlardan ildə 45-50 tonadək yüksək keyfiyyətli alma yığılır. Hazırda Quba rayonunda alma istehsalı 110 min ton təşkil edir. Son 6 il ərzində rayonda intensiv salınan alma bağlarının sahəsi 583 hektardır. 2011-ci ilin birinci yarısında salınan belə bağların sahəsi isə 72 hektar təşkil edir. Bağda yerli və xarici alma növləri yetişdirilir.
Prezident İlham Əliyev anbarda yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsinə 2,9 milyon manat güzəştli kredit verilmişdir. İnvestisiya layihəsi üzrə rayonun Vəlvələ kəndinin 3,2 hektar ərazisində Almaniya istehsalı olan soyutma sistemləri və Hollandiyanın "ULO" sistemləri ilə təchiz edilən, tutumu 6 min ton olan soyuducu anbar, laboratoriya və digər köməkçi binalar tikilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Layihənin icrası nəticəsində 54 nəfər işlə təmin edilmişdir.
Komplekslə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında