Prezident İlham Əliyev Qubada Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Prezident İlham Əliyevə burada aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda ictimai iaşə və sosial obyektlərin yenidən qurulması və fasad hissələrinin plitələrlə üzlənməsi işləri görülmüşdür. Parkın ərazisinə daxil olan və Quba şəhəri ilə Qırmızı Qəsəbəni birləşdirən pilləkən kompleksi yenidən qurulmuşdur. Burada açıq havada xalqımızın görkəmli şəxsiyyətlərinin heykəllərindən ibarət "Şəxsiyyətlər muzeyi" yaradılmış, həmçinin Nizami Gəncəvinin əsərlərinin reproduksiyası əsasında 16 panno, yeni işıqlandırma və suvarma sistemləri qurulmuşdur.
Parkın ərazisində hündürlüyü 18 metr olan qala yaradılmışdır. Qalanın üzərində 12 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmışdır. Parkda yerləşən birmərtəbəli Şahmat Məktəbinin köhnə binası sökülmüş, yerində ikimərtəbəli yeni bina inşa edilmişdir.
Prezident İlham Əliyev Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.
Top fiquru formasında inşa olunan Şahmat Məktəbinin binası parka xüsusi gözəllik verir. Məktəbin birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə şahmatın inkişafına və şahmatçılara göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır. Burada 1983-cü ildə fəaliyyətə başlayan Quba Şahmat Məktəbinin və onun yetirmələrinin əldə etdikləri nailiyyətlər, kubok və diplomlar nümayiş olunur.
Məktəbin birinci mərtəbəsində kompyuter salonu və 6 məşğələ otağı fəaliyyət göstərir. Bütün otaqlar simsiz internet şəbəkəsi ilə təmin edilmişdir. İkinci mərtəbədə 300-350 idmançının eyni vaxtda mübarizə apara biləcəyi zal vardır. Zalda keçirilən yarışları monitorlar vasitəsilə də izləmək mümkündür. Burada məşğələ otaqları və inzibati otaqlar yerləşir.
Diqqətə çatdırıldı ki, Quba Şahmat Məktəbinin rayondakı 11 ümumtəhsil məktəbində nümayəndəlikləri də fəaliyyət göstərir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında