Dövlət başçılarının geniş tərkibdə danışıqları

Sentyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı Azərbaycanda salamlayıram, xoş gəlmisiniz!
Bu, Sizin Azərbaycana birinci səfərinizdir və bu, əlbəttə ki, ikitərəfli əlaqələrimizdə çox mühüm yer tutan bir səfərdir.
Bu səfər tarixdə qalacaq, çünki birinci rəsmi səfərdir. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri çox müsbət olacaqdır. Bizim ikitərəfli münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf edir. Qısa müddət ərzində həm siyasi, həm iqtisadi sahələrdə məsləhətləşmələr aparılmışdır. Hər iki tərəf bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini verir.
Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaqdır.
Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz!
* * *
Monteneqro Prezidenti Filip VUYANOVİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- İcazə verin, bu səfərə dəvət etdiyinizə görə mən Sizə dərin təşəkkürümü bildirim və bir daha Sizi salamlayım. Bir daha fürsətdən istifadə edərək, Sizə dərin təşəkkürümü bildirirəm və öz nümayəndə heyətim adından Sizin nümayəndə heyətinin üzvlərini də səmimi qəlbdən salamlayıram.
Bildiyiniz kimi, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilmişdir və hesab edirəm ki, bu səfərimiz də əlaqələrimizin bundan sonra dərinləşməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verəcəkdir.
Hesab edirəm ki, iki ölkə arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini qoyacaq və bunu gücləndirəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında