Azərbaycanın və İordaniyanın dövlət başçılarının geniş tərkibdə görüşü olmuşdur

Mayın 16-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Əlahəzrət!
Hörmətli dostlar!
Mən Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Sizi görməkdən çox şadam. Ölkələrimiz arasında əlaqələrin inkişafından çox məmnunam. Bu əlaqələr ölkələrimiz arasında əsl qardaşlıq əlaqələridir. Əminəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin gələcək inkişafında xüsusi rol oynayacaqdır. Biz ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk. Gözəl siyasi təmaslarımız vardır, tez-tez qarşılıqlı səfərlərimiz baş tutur. İnanıram ki, bütün sahələrdə yaxşı irəliləyişin şahidi olacağıq.
Biz bütün ikitərəfli məsələləri geniş şəkildə müzakirə etdik və mövqelərimiz üst-üstə düşür. Eyni zamanda, regional inkişaf, əməkdaşlıq kimi məsələlər də müzakirə edildi. Əminəm ki, nümayəndə heyətlərimizin üzvləri öz vaxtlarını səmərəli keçirəcəklər ki, ikitərəfli əlaqələrin inkişafı üçün əlavə hansı işlərin görülməsi də müəyyən edilsin. Beynəlxalq təşkilatlar çərçivəsində bizə verdiyiniz dəstəyə görə olduqca minnətdarıq. Bu, bizim üçün çox vacibdir. Ümidvarıq ki, həm bizim üçün, həm də region üçün vacib olan dostluq, qardaşlıq əlaqələrimiz davam edəcəkdir.
Əlahəzrət, bir daha ölkəmizə xoş gəlmisiniz.
İordaniya Kralı II ABDULLAH səmimi qəbul üçün təşəkkür edərək dedi:
Zati-aliləri!
Məni nümayəndə heyətimlə birgə Azərbaycana səfərə dəvət etdiyinizə görə, əziz qardaşım, Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Siz də qeyd etdiniz ki, ikitərəfli münasibətlərimiz bütün səviyyələrdə olduqca güclüdür. Ümidvaram ki, bu səfər əvvəlki müzakirələrin nəticələri əsasında növbəti işləri görmək imkanını yaradacaqdır.
Bir daha qeyd edirəm ki, məlumat mübadiləsi, ölkələrimiz arasında təmaslar əla nümunədir. Bu işlərə rəhbərlik etdiyinizə, o cümlədən İordaniya tərəfi ilə əlaqələndirməni aparmaq üçün Azərbaycan hökumətinə verdiyiniz göstərişlərə görə Sizə minnətdarıq. Biz də İordaniyada əlaqələndirmə işlərini aparırıq. Bilirik ki, gələcəkdə görüləcək işlər çoxdur. Aramızda bir çox oxşarlıqlar vardır. Fikrimcə, biz bunlardan istifadə etməliyik. Ən vacib amil isə ondan ibarətdir ki, dövlətlərimiz arasında əlaqələrlə yanaşı, regional müstəvidə münasibətlər də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Siz və ölkəniz İordaniya üçün çox vacibsiniz. Üzləşdiyiniz çətinliklərə gəldikdə, biz hər zaman sizin tərəfinizdə olmuşuq.
Cənab Prezident, mən Sizdən şəxsən eşitmişəm ki, Siz də İordaniyaya eyni münasibət bəsləyirsiniz. İki tərəfin həmkarları arasında qurulmuş əlaqələrə əminik. Burada, Bakıda yenidən olmağımdan şərəf duyuram. Ümidvaram ki, təmaslarımız nəinki dövlət, o cümlədən şəxsi əlaqələr səviyyəsində davam edəcəkdir.
Çox sağ olun.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında