Azərbaycan Prezidenti İlham Əliyev Qobustanda müasir taxıl anbarı kompleksi ilə tanış olmuşdur

Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi ilə tanış olmuşdur. 
Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikamızın regionlarında taxıl məhsullarının saxlanılması üçün ümumi dəyəri 39,7 milyon manat, tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin inşasına 21,4 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası artıq başa çatdırılmışdır.
Bildirildi ki, Qobustan rayonu ərazisində "İlk Aqrokom" MMC tərəfindən inşa edilən, ümumi dəyəri 2,1 milyon manat olan taxıl anbarı kompleksinin tutumu 10 min tondur. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 700 min manat güzəştli kredit verilmişdir. Layihə üzrə hər birinin tutumu 2,5 min ton olan 4 taxıl anbarından, laboratoriya və digər köməkçi binalardan ibarət kompleks Türkiyənin "Altuntaş" və yerli "Asena Ko" MMC-nin doldurma, boşaltma, qurutma avadanlıqları və elektron idarəetmə panelləri ilə təchiz edilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır.
Taxıl anbarı kompleksinin sxemi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, buraya gətirilən taxıl əvvəlcə girişdəki tərəzidə çəkilir, sonra konveyerlərlə birinci anbara ötürülür. Burada taxıl təmizlənir, dərmanlanır, yenə də elevatorlarla növbəti anbara nəql edilir. Keyfiyyətin saxlanması məqsədi ilə anbarlardakı taxılın yerləri tez-tez dəyişdirilir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında