Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır

Azərbaycan Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir

{nl}

Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir.
Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanın, DST-nin Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakabın iştirak etdikləri üçgünlük sessiyada 50-dən çox ölkənin səhiyyə nazirləri, yüksək səviyyəli mütəxəssisləri müxtəlif xəstəliklərlə mübarizə və ictimai sağlamlıq məsələlərinə dair müzakirələr aparacaqlar.
Tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Son zamanlar ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Bir çox beynəlxalq qurumlar, o cümlədən Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin rəsmiləri bildirmişlər ki, Azərbaycan səhiyyə sektorunda uğurlu nailiyyətlər əldə etmişdir və Avropanın bir çox ölkələri məhz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlana bilər.
Azərbaycanın dövlət büdcəsində səhiyyə sahəsinin inkişafına ayrılan vəsaitin məbləği artır, ölkədə yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur. Dövlət dəstəyi və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da səhiyyə sahəsinin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Ailə, ana və uşaq sağlamlığının qorunması fondun diqqətdə saxladığı əsas sahələrdəndir. Bununla bağlı fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqram və layihələr Azərbaycanda səhiyyə sahəsinin inkişafına əvəzsiz töhfələr vermişdir.
Sessiyanın iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında