Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli və 181 nömrəli orta məktəblərin binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, qəsəbədəki 181 nömrəli orta məktəbdə aparılan əsaslı təmir işlərinin gedişi ilə maraqlanmışdır.  
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olmaq üçün bu təhsil ocağına gəldi. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Qeyd edək ki, Prezident İlham Əliyev mayın 12-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olarkən sakinlər 123 nömrəli orta məktəbin binasının əsaslı təmir olunmasını dövlət başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev məktəbin binasının əsaslı şəkildə təmir və bərpa olunması ilə bağlı yerindəcə tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırıqlarına əsasən 123 nömrəli orta məktəbin binası qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edildi. Məktəbin ayrı-ayrı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar tamamilə yenidən qurulub, döşəmə və tavan dəyişdirilib, fasadı bərpa edilib. Məktəb ən müasir kompyuter avadanlığı ilə təchiz edilib. Məktəbin idman meydançası da əsaslı şəkildə yenidən qurulub. Burada idman dərslərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Sonra Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində 181 nömrəli orta ümumtəhsil məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, məktəbin binası 1965-ci ildə inşa edilib, 4 hektar ərazisi vardır. 964 şagird yerlik 181 nömrəli məktəbdə 1514 şagirdin təhsil aldığı, dərslərin iki növbə üzrə tədris olunduğu qeyd edildi. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında