Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı Ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də ATƏT-in Bakı Ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul etmişdir.
Dövlətimizin başçısı Koray Tarqayı ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev ATƏT-in Bakı Ofisinin keçmiş rəhbəri Bilge Cankorelin Azərbaycandakı fəaliyyəti dövründə ATƏT-in Bakı Ofisi ilə ölkəmizin müvafiq qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi.
ATƏT-in Bakı Ofisinin yeni rəhbəri Koray Tarqay təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında