Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakının Səbail rayonundakı 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyevə 160 nömrəli məktəbin binasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, binanın iki mərtəbəsi 1908-ci ildə istifadəyə verilib, şagird sıxlığı nəzərə alınaraq üçüncü və dördüncü mərtəbəsi 1960-cı ildə inşa olunub.
Məktəb binasında əsaslı təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilir. Min şagird yeri olan məktəbdə 2300 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Dördmərtəbəli binanın ümumi sahəsi 4927 kvadratmetrdir. Məktəb binasının fasadı tam yenidən qurularaq bərpa edilib.
Əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında