Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 189 və 150 nömrəli məktəblərin binalarında əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Bakının Səbail rayonundakı 189 və Yasamal rayonundakı 150 nömrəli orta ümumtəhsil məktəblərinin binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqrama əsasən Bakı şəhərində 111 təhsil obyektinin əsaslı təmirinə başlanılıb. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.
Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı Eldar Məmmədov adına 189 nömrəli orta ümumtəhsil məktəbində aparılan yenidənqurma işləri ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, 1200 şagird yeri olan 189 nömrəli məktəbin binası 1934-cü ildə inşa edilib, dörd mərtəbədən ibarətdir. Məktəbin binası 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbdə dərslər iki növbədə keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı tədbirlər planına uyğun olaraq 189 nömrəli təhsil ocağında da əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Məktəbin bütün sinif otaqları yüksək standartlara uyğun təmir edilir, qapı və pəncərələr yeniləri ilə əvəz olunur, döşəmə və tavan ən müasir səviyyədə yenidən qurulur. Əsaslı təmir işlərindən sonra binanın yeni dərs ilində istifadəyə veriləcəyi nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbə gəldi. Burada da görülən işlər barədə Prezidentə məlumat verildi. Bildirildi ki, 150 nömrəli orta məktəbin binası hər biri ikimərtəbəli iki korpusdan ibarətdir. Korpuslardan biri 1897-ci ildə, digəri isə 1937-ci ildə inşa edilib. Məktəbdə 650 şagird təhsil alır. Korpuslardan birində 8 sinif otağı tamamilə yararsız vəziyyətə düşdüyündən məktəbdə dərslər iki növbədə tədris olunurdu. Əsaslı bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi qeyd olundu. Bildirildi ki, yararsız vəziyyətdə olan 8 sinif otağı istifadəyə verildikdən sonra dərslər yenidən bir növbədə tədris olunacaqdır. Məktəbin korpuslarını birləşdirən keçid tamamilə yararsız vəziyyətdə olduğundan sökülərək yenidən inşa edilir.
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıqlarını verdi.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında