Prezident İlham Əliyev Şabran Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir

Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. 
Məlumat verildi ki, bu gün Şabran rayonunda təhsil, səhiyyə, infrastruktur və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyüməsi də daim diqqət mərkəzindədir. Bu baxımdan Şabran Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən mərkəzin tikintisinə 2010-cu ilin sonunda başlanılmışdır. Yüksək səviyyədə aparılan inşaat işləri bu il avqustun əvvəlində başa çatdırılmışdır.
Bildirildi ki, ikimərtəbəli mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə uşaqlar üçün "Nağıl otağı" yaradılmışdır.
Mərkəzin kitab fondu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada 5 mindən artıq latın qrafikalı ədəbiyyat toplanmışdır. Bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci mərtəbədə abonent otağı da yaradılmışdır. Həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunacaqdır. Vurğulandı ki, hazırda mərkəzin 2 minədək oxucusu vardır. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilmişdir.
Dövlətimizin başçısına bildirildi ki, ikinci mərtəbədə informasiya-biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilmişdir. Yardımçı fond da bu mərtəbədə yerləşir ki, burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır.
Qeyd olundu ki, Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılmışdır. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilmişdir. Dövri mətbuatın elektron kartotekası yaradılmışdır. Burada oxuculara onlayn xidmət də göstərilir. Bildirildi ki, sistem vasitəsilə dövlətimizin başçısının imzaladığı sərəncam, fərman və qanunların tam mətnindən ibarət baza yaradılmışdır. Ayrıca linkdə klassik və müasir əsərlərin, həmçinin uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilmişdir. Bir sözlə, yeniyetmələrin rahat istifadəsi üçün burada hər cür şərait yaradılmışdır.
Mərkəzin ətrafındakı parklar yenidən qurulmuş, uşaqların və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılmışdır.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında