Prezident İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin açılışında iştirak etmişdir

Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, son bir neçə ildə Siyəzəndə çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Həmin binalar şəhərin simasına yaraşıq verməklə yanaşı, əhalinin rahatlığına da xidmət edir. Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni binası da bu sırada xüsusi yer tutur. 1990-cı ildə siyəzənli uşaqların istifadəsinə verilən məktəb incəsənətin müxtəlif növləri üzrə beynəlxalq müsabiqələrin bir çox qalib və mükafatçılarını yetişdirmişdir. Əvvəllər başqa ünvanda yerləşən və baxımsız vəziyyətdə olan incəsənət ocağı indi yeni məkana köçmüşdür.
Məktəbin foyesindəki stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur. Burada, həmçinin ölkəmizin müxtəlif bölgələrində istifadəyə verilən yeni uşaq gənclər mərkəzlərinin açılışlarından fotoşəkillər də yer almışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, tikinti zamanı məktəbin həyəti abadlaşdırılmış, 4,8 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmışdır. Ən müasir tələblər səviyyəsində tikilmiş məktəbin dəhlizlərində Azərbaycanın və xarici ölkələrin tanınmış musiqiçilərinin və bəstəkarlarının portretləri asılmışdır. Binada nəzəriyyə, xalq çalğı alətləri, fortepiano alətləri şöbələri fəaliyyət göstərir. Bundan başqa, 18 sinif otağı, festivalların, müsabiqələrin və konsertlərin keçirilməsi üçün zal və yeməkxana da vardır. Məktəbdə muğam, tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, xor, təsviri incəsənət və rəssamlıq bölmələri fəaliyyət göstərir.
Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi. Bildirildi ki, 52 müəllimin işlədiyi məktəbdə Siyəzən şəhərindən və ətraf kəndlərindən 247 uşaq müxtəlif bölmələrdə təhsil alır. Son illərdə məktəbin yetirmələri Rusiya, Belarus, Çexiya və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və rəsm müsabiqələrinin laureatları olmuş və fəxri fərmanlara layiq görülmüşlər.
Dövlətimizin başçısı məktəbin müəllimlərinə və şagirdlərə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında