Prezident İlham Əliyev: Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmiz üçün əsas problem və ən ağrılı məsələdir

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmiz üçün əsas problem və ən ağrılı məsələdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ingilisdilli "The Business Year" jurnalının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş xüsusi buraxılışına verdiyi müsahibəsində bildirmişdir. 
Çoxmilyonlu ingilisdilli oxuculara Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verən dövlət başçısı bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı beynəlxalq səviyyədə tanınmışdır. Bir milyondan çox insan öz doğma torpaqlarından didərgin düşmüşdür.
Prezident İlham Əliyev qeyd etmişdir ki, azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalmış, ermənilər işğal edilmiş ərazilərimizdə tarixi və mədəni abidələri məhv etmişlər.
1992-ci ildə Xocalıda qanlı qətliam nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan əsir götürülmüşdür. Onların bir çoxunun taleyi indiyədək məlum deyildir.
BMT-nin Təhlükəsizlik Şurası qoşunların işğal edilmiş ərazilərdən dərhal və danışıqsız çıxarılması və məcburi köçkünlərin öz evlərinə qayıtmalarının təmin edilməsini tələb edən 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrə indiyədək əməl edilmir. Ermənistan ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə də əməl etmir.
Dövlətimizin başçısı vurğulamışdır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 1992-ci ildən bu münaqişənin həlli ilə məşğul olmalarına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə onların cəhdləri nəticə vermir.
Prezident İlham Əliyev demişdir: "Ermənistanı qeyri-konstruktiv mövqedən çəkinməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyət bu ölkəyə təsir göstərmək baxımından daha fəal olmalıdır və bu yeganə çıxış yoludur".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında