Prezident İlham Əliyev: Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır

Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır. Burada azərbaycanlılar daim yaşayıb. Bütün tarixi abidələr, toponimlər Azərbaycana məxsusdur. Bu, tariximiz və mədəniyyətimizin ayrılmaz hissəsidir.  
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ingilisdilli "The Business Year" jurnalının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş xüsusi buraxılışına verdiyi müsahibəsində bildirmişdir.
Dövlət başçısı vurğulamışdır ki, ermənilər bu ərazilərə daha sonralar köçürülüblər. Bu gün isə onlar Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmağa çalışırlar. Nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət buna imkan verməyəcəkdir.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin 2011-ci il mayın 26-da dərc olunmuş birgə bəyanatını müsbət qəbul etmişdir. Azərbaycan münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır.
Helsinki Yekun Aktına əsasən, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmələri hüquqları arasında ziddiyyət olmadığını bildirən dövlətimizin başçısı qeyd etmişdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər və bu, münaqişənin yeganə mümkün həll yoludur.
Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpasından və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıtmalarından ibarətdir. Yalnız bu addımlardan sonra regionda sülh və əməkdaşlıq bərqərar olacaq və bütün tərəflər bundan faydalanacaqdır. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi və onun Ermənistana birləşdirilməsi ilə razılaşmayacaqdır. Bu heç zaman baş verməyəcəkdir.
Dövlətimizin başçısı zamanın Ermənistanın əleyhinə işlədiyini xüsusi qeyd etmişdir. Son 20 ildə Ermənistan bütün regional layihələrdən təcrid olunub. Onun iqtisadiyyatı ciddi tənəzzül yaşayır, əhali ağır sosial şəraitə dözməyərək, ölkəni tərk edir. Ermənistan və Azərbaycan arasındakı fərq sürətlə artır.
Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. O demişdir: "Bir sözlə, Ermənistanın liderləri və erməni lobbisi həqiqi reallığı düzgün qiymətləndirməli və beynəlxalq ictimaiyyətin işğalın nəticəsini heç zaman tanımayacağını, gec və ya tez münaqişənin həll olunacağını dərk etməlidir" .

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında