Geniş tərkibdə görüş (27.07.2011)

İyulun 27-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

{nl}

Prezident İlham ƏLİYEV görüşü açaraq dedi:
- Hörmətli cənab Baş nazir, əziz qardaşım! Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Seçkilərdən bir ay sonra Azərbaycana etdiyiniz rəsmi səfər, əslində, bizim əlaqələrimizin nə qədər yüksək səviyyədə olmasını göstərir. Həqiqətən, bu əlaqələr müttəfiqlik səviyyəsindədir, dostluq, qardaşlıq prinsipləri əsasında formalaşıbdır. Hazırda bu əlaqələr bütün sahələri əhatə edir və nəinki ikitərəfli müstəvidə, eyni zamanda regional məsələlərdə də Türkiyə-Azərbaycan dostluğu və birliyi çox vacib amilə çevrilibdir.
Bu gün biz Sizinlə geniş söhbət etdik, demək olar, gündəlikdə duran bütün məsələləri müzakirə etdik və bir daha gördük ki, bütün bu məsələlərdə bizim mövqeyimizdə heç bir fərq yoxdur. Bu, belə də olmalıdır. Çünki bizi birləşdirən tarixi köklər, mədəni köklər o qədər güclüdür ki, bunlar Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynayır.
Mən Sizi və Sizinlə bərabər Bakıya gəlmiş bütün qardaşlarımızı bir daha salamlayıram. Bir daha Sizə "Xoş gəlmisiniz!" deyirəm. Qısa da olsa, əminəm ki, səfəriniz çox uğurlu və yaddaqalan olacaqdır.
* * *
Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN çıxış edərək dedi:
- Mən də hörmətli Prezident İlham Əliyevə, dəyərli heyət üzvlərinə şəxsən öz adımdan və nümayəndə heyəti adından çox təşəkkür edirəm.
Bildiyiniz kimi, biz seçkilərdən sonra ənənəmizə uyğun olaraq, ilk səfərlərimizi ya Azərbaycana, ya da Şimali Kipr Türk Respublikasına edirik. Bu dəfə Şimali Kipr Türk Respublikasının yaranmasının 37-ci ildönümü iyulun 20-nə təsadüf etdi və ilk səfərimizi oraya etdik. İkinci xarici səfərimizi də Azərbaycana həyata keçiririk və dəyərli qardaşımla təkbətək görüşdə Türkiyə-Azərbaycan arasındakı əlaqələri müzakirə etdik. Bütün sahələrdə, - hərbi, siyasi, iqtisadi, ticari, mədəni, - keçmişdən bu günə gələn bütün məsələləri müzakirə etdik, regional məsələləri dəyərləndirmək imkanımız oldu. Gələcəyə istiqamətlənmiş hansı addımlar atacağıq, ata bilərik - bunları da müzakirə etmək imkanımız oldu. Təbii ki, xüsusilə, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası çox əhəmiyyətlidir, buna çox əhəmiyyət veririk. İnşallah, ilk toplantısını bizdə keçirmək üçün o günü həqiqətən həyəcanla gözləyirik.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında