Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolae Urekeni qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulmasında Nikolae Urekenin fəaliyyətini yüksək qiymətləndirdi. Onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensiv xarakter aldığını deyən Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Nikolae Urekenin "Dostluq" ordeninə layiq görüldüyünü bildirdi və yüksək mükafatı diplomata təqdim etdi.
Nikolae Ureke Azərbaycan dövlətinin yüksək mükafatı - "Dostluq" ordeni ilə təltif edilməsindən böyük şərəf duyduğunu dedi. Rumıniya-Azərbaycan əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən diplomat Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında