Prezidentin Mətbuat Xidmətinin məlumatı

İyunun 12-si axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir. 
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının qazandığı inamlı qələbə münasibətilə təbrik etmiş, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük və uğurlu yol keçdiyini qeyd etmiş və bu qələbənin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına inamının ifadəsi olduğunu vurğulamışdır.
Türkiyənin Baş naziri səmimi təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Respublikasının Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət etmişdir. Dəvət minnətdarlıqla qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında