Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Milli Assambleyasının sədri Slavitsa Djukiç-Deyanoviç ilə görüşü

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür. 
Görüşdə qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Bildirildi ki, səfər çərçivəsində imzalanan sənədlər siyasi və iqtisadi sahədə əlaqələrin güclənməsinə xidmət edir və ölkələrimiz beynəlxalq səviyyədə bir-birinin mövqelərini yüksək səviyyədə müdafiə edirlər.
Görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə yönəldiyi və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu bildirildi. Qeyd olundu ki, ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə dinamik inkişaf edir. Bu da ölkələrimizin əməkdaşlığını daha da gücləndirir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında