Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş təntənəli bayram mərasimində iştirak etmişdir

İyunun 2-də Romada İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş rəsmi parad keçirilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə bayram mərasimində iştirak etmişdir.
Mərasimin iyunun 2-də keçirilməsi isə 65 il əvvəl -1946-cı il iyunun 2-də referendum yolu ilə monarxiyanın ləğvi və İtaliyanın respublika elan olunması ilə bağlıdır.
Bayram mərasimində iştirak etmək üçün paytaxt Romaya 80-dən çox ölkənin nümayəndə heyəti gəlmişdir. Ölkələrin əksəriyyəti dövlət və hökumət başçıları səviyyəsində təmsil olunmuşlar.
İtaliyanın birləşməsi bu ölkə tarixinin ən önəmli səhifələrindən biridir. XIX əsrin ilk illərində İtaliyanın I Napoleon tərəfindən işğal edilərək Fransa təəbəliyinə qatılması ölkədə böyük narazılıqlara səbəb olmuşdu. Napoleon Bonapart taxtdan endirildikdən sonra, Vyana Konqresi İtaliyanın işğaldan əvvəlki krallıqlara verilməsi ideyasını dəstəkləmişdi. Beləliklə, Papalıq dövləti, Sardiniya-Piemonte, Toskana, Modena və Lombardiya-Venesiya krallıqları yenidən qurulmuşdur.
Bu ərəfədə "Karbonari" adlandırılan gizli dərnəklər İtaliyanın birləşməsi istiqamətində fəaliyyətə başlamışlar. Cüzeppe Mazzini və Cüzeppe Haribaldinin rəhbərlik etdiyi bu dərnəklərin fəaliyyəti nəticəsində birləşmə ideyası İtaliyada tədricən ümummilli məsələyə çevrilmişdir. Birləşmə məsələsində Fransanın da dəstəyini almağa müvəffəq olan İtaliya 1859-cu ildə bu ölkə ilə birlikdə Avstriyanı məğlub etmiş və təsir dairəsində olan bütün İtaliya krallıqları Sürix sülhü ilə onun nəzarətindən çıxmışdır.
1861-ci ildə paytaxtı əvvəlcə Turin, sonra Florensiya, daha sonra Roma olmaqla birləşmiş İtaliya Krallığı yaranmışdır. 1946-cı ildən etibarən isə İtaliya respublikadır. İndi bu ölkə Avropanın qabaqcıl dövlətlərindən biridir.
Romada bayram təntənələrinin mərkəzi "İmperator forumları" meydanıdır. Bu meydan Romanın məşhur Venesiya prospektini Kolizeylə birləşdirir. İndiki bayramın əsas mərasimi də məhz bu meydanda olmuşdur. Burada təntənəli rəsmi parad keçirilmişdir. İtaliya hökuməti 150 il bundan əvvəl ölkənin birləşməsində iştirak etmiş müxtəlif millətlərin nümayəndələrini və müttəfiq dövlətlərin hərbçilərini də hərbi parada dəvət etmişdir. Paradda beş mindən çox hərbçi iştirak etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri də paradda dövlət bayrağı ilə təntənəli keçid etmişlər.
Sonda aviasiya şousu nümayiş etdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında