Azərbaycan Prezidenti İlham Əliyev Zivər bəy Əhmədbəyov parkının açılışında iştirak etmişdir

Mayın 26-da metronun "Nizami" stansiyasının qarşısındakı Zivər bəy Əhmədbəyov parkı açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Zivər bəy Əhmədbəyov 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub və şəhərin inkişafında mühüm rol oynayıb. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib. Azərbaycan Prezidentinin sərəncamı ilə Zivər bəy Əhmədbəyovun adını daşıyan park salınmış və burada onun abidəsi ucaldılmışdır.
Dövlətimizin başçısı parkda yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi. Burada antisanitariya şəraitində fəaliyyət göstərən yeməkxanalar və köşklər yığışdırıldı, Bakının ilk azərbaycanlı baş memarı olan Zivər bəy Əhmədbəyovun adını daşıyan park yaradıldı. Parkın ərazisində çoxlu sayda müxtəlif ağac və gül kolları əkildi, yaşıllıq zolaqları salındı. Parkda müasir tələblərə cavab verən işıqlandırma sistemi qurulub.
Parkın girəcəyində altı kafkanlı və Zivər bəy Əhmədbəyovun abidəsinin arxasında avtomatlaşdırılmış qurğu ilə idarə olunan müasir üslubda fəvvarələr kompleksi quraşdırılıb. Burada paytaxt sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Parkın sağ və sol hissəsindəki küçələrə və qarşısından keçən Cəfər Cabbarlı küçəsinə təzə asfalt döşənib, qranit daşlardan yeni səkilər düzəldilib.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. Bildirildi ki, parkın ətrafında olan binaların tarixi memarlıq üslubu saxlanılmaqla fasadları təmir ediləcəkdir.
Görülən işlərlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında