Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev Oljas Süleymenovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik etdi, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzuladı. Azərbaycanda Oljas Süleymenovun sevildiyini və onun yaradıcılığının ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayan Prezident İlham Əliyev onun öz mövqeyini daim aydın və prinsipial şəkildə ifadə edərək qazax xalqının maraqlarını müdafiə etdiyini dedi. Dövlətimizin başçısı Azərbaycanın çox çətin vaxtlarında, xalqımızın 20 Yanvar faciəsi ilə üzləşdiyi bir zamanda Oljas Süleymenovun qətiyyətli mövqedə durmasını və Azərbaycanın yanında olmasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını dedi. Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi və ictimai xadim kimi Oljas Süleymenovun bu gün Azərbaycanın uğurlarına və ölkəmizin inkişafına ürəkdən sevinməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə dövlətimizin yüksək mükafatını - "Dostluq" ordenini Oljas Süleymenova təqdim etdi.
Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenov Azərbaycan dövlətinin yüksək ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və bu hadisəni onun Azərbaycana olan münasibətinin yüksək ifadəsi kimi dəyərləndirdi. Azərbaycana səfərləri zamanı ölkəmizdə baş verən böyük inkişaf proseslərini, o cümlədən mədəniyyətin inkişafı sahəsində əldə edilən sanballı uğurların onda sevinc hissi doğurduğunu bildirdi. O, bu gün Azərbaycan xalqının uğurlar qazanaraq öz sevincini dünya ilə bölüşməsinin onda xoş duyğular yaratdığını dedi. Oljas Süleymenov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizə və xalqımıza bundan sonra da firavanlıq gətirəcəyinə əminliyini ifadə etdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında