Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir. 
Dövlətimizin başçısı Qafqaz Xalqları Ali Dini Şurasının Azərbaycanın paytaxtında keçirilmiş hesabat konfransının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında hərtərəfli və sıx əməkdaşlığın, dini mövzuda müxtəlif tədbirlərin və dini liderlərin qarşılıqlı səfərlərinin Qafqazda sabitliyin, təhlükəsizliyin və etimadın möhkəmləndirilməsində vacib rol oynadığını qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın qısa müddətdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolunu xarakterizə etdi, respublikamızda vicdan azadlığına, dini və milli mənəvi dəyərlərə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və müqəddəs dini ocaqların qorunduğunu bildirdi.
Terrorizm, ekstremizm və digər dünyəvi problemlərə qarşı mübarizədə Azərbaycanın öncüllər sırasında olduğunu deyən Prezident İlham Əliyev düzgün gənclər siyasətinin aparılmasının vacibliyini də xüsusi qeyd etdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının yüksək səviyyədə keçdiyini və mühüm qərarların qəbul olunduğunu dedi. A.Paşazadə ulu öndər Heydər Əliyevin hərtərəfli səyləri nəticəsində Azərbaycanda dini və milli mənəvi dəyərlərə dövlət səviyyəsində həssas münasibət göstərildiyini və bu siyasətin indi də uğurla davam etdirildiyini söylədi. Şeyxülislam dindarların bundan sonra da Qafqazda sülh, sabitlik və hərtərəfli inkişafa töhfələrini əsirgəməyəcəklərini vurğuladı.
Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Əhməd Abdullayev Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın getdiyini və milli mənəvi dəyərlərin uca tutulduğunu bildirdi.
Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Soltan Mirzəyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Qonaq Azərbaycanın sosial-iqtisadi sahədə qısa müddətdə əsaslı inkişaf yolu keçdiyini dedi.
Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Hacımurad Qatsalov və Adıgey Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Nurbiy Yemij Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsində və regional inkişafda Azərbaycanın vacib rol oynadığını qeyd etdi.
MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov dinlərarası dialoqun möhkəmləndirilməsi üçün bundan sonra da hərtərəfli tədbirlərin həyata keçiriləcəyini dedi.
Prezident İlham Əliyev qonaqlardan Şimali Qafqaz respublikalarının rəhbərlərinə salamlarının və xoş arzularının çatdırılmasını xahiş etdi, Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilmiş hesabat konfransının iştirakçılarına uğurlar arzuladı.
Görüşün sonunda xatirə şəkili çəkdirildi.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında