Azərbaycan Prezidenti İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda olmuşdur.  
Dövlətimizin başçısı İlham Əliyev alman faşizminə qarşı müharibədə misilsiz rəşadət nümunəsi göstərmiş Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstü önünə gül dəstəsi qoydu. Sonra Azərbaycan Prezidenti parkda yaradılan şəraitlə tanış oldu.
Qafur Məmmədovun adını daşıyan park da dövlətimizin başçısının Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlara əsasən qısa müddətdə yenidən qurulmuşdur. Xüsusi tərtibatı ilə diqqəti cəlb edən parkda müasir fəvvarə quraşdırılmışdır. Parkdakı yaşıllıq zolaqları təzələnmiş, çoxlu sayda bəzək və gül kolları əkilmişdir. Parkın işıqlandırma sistemi də tamamilə dəyişdirilmişdir. Əhalinin istirahəti üçün burada bütün lazımi şərait yaradılmışdır.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun qardaşı qızı Tamilla Məmmədova ilə görüşüb söhbət etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında