Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsi yenidənqurmadan sonra açılmışdır

Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.
Prezident İlham Əliyev yolun üzərində yerləşən Qaradolaq, Yeni Qaradolaq, Aran, Kəbirli və Mehrablı kəndləri ərazisində təhsil, səhiyyə və mədəniyyət sahələri ilə bağlı görülən işləri əks etdirən fotostendlə də tanış oldu. Bildirildi ki, ümumilikdə 11 minədək əhalinin yaşadığı 5 kəndi birləşdirən yolun yenidən qurulması nəticəsində yaşayış məntəqələri ilə rayon mərkəzi arasında gediş-gəliş asanlaşmışdır. Uzun müddət istismara yararsız halda olan və bir sıra yaşayış məntəqəsini əhatə edən yolun bu hissəsi Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Ağcabədi Rayon İcra Hakimiyyətinin sifarişi ilə yenidən qurulmuşdur.
Qeyd edildi ki, eni 6 metr olan dördüncü dərəcəli ikizolaqlı yol boyu həm avtomobillərin, həm də piyadaların sərbəst hərəkəti üçün lazımi şərait yaradılmış, istiqamətverici işarələr qoyulmuşdur. Müasir standartlara cavab verən yolun giriş hissəsində abadlıq işləri aparılmışdır. Magistral yoldan girişdə 1, kəndarası yollarda isə 2 müasir tipli dayanacaq quraşdırılmışdır. Yol kənarında 30 minədək ağac və gül kolu əkilmiş, yaşıllıq zolağı salınmışdır. Ümumilikdə yol boyu 6 körpü və ötürücü inşa edilmişdir ki, burada da 54 yol göstəricisindən istifadə olunmuşdur. 2010-cu ilin noyabrından inşasına başlanılan yolun tikintisində 80 nəfərlik işçi qüvvəsindən və 40-dan artıq texnikadan istifadə olunmuşdur.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi və yeni yolda avtomobili idarə etdi.
Sonra dövlətimizin başçısı Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında