Prezident İlham Əliyev İmişlidə Araz çayının yeni qolunun üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etmişdir

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Araz çayının yeni qolunun üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etmişdir. 
Dövlətimizin başçısı körpünün texniki göstəricilərini və Araz çayının yeni qolunun inşasını əks etdirən sxemə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, körpünün tikintisinə ötən ilin oktyabrında başlanmışdır. Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrliyində inşa edilən körpünün uzunluğu 230 metr, eni isə 12,5 metrdir. Körpünün istifadəyə verilməsi Bəhrəmtəpə-Biləsuvar istiqamətində avtomobillərin hərəkətini asanlaşdıracaqdır.
Prezident İlham Əliyevə Araz çayının yeni qolunun üzərində aparılan işlər barədə ətraflı məlumat verildi.
Sonra dövlətimizin başçısı körpünün açılışını bildirən lenti kəsdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında