Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev mayın 5-də İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.  
Dövlətimizin başçısı əvvəlcə yolun əvvəlki və indiki vəziyyətini əks etdirən foto şəkillərə baxdı.
Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olmuşdur. Prezident İlham Əliyevin sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanmışdır. Həmin avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Yolun istifadəyə verilməsi, həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaltmışdır.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi, görülmüş işlərdən razılığını bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında