Prezident İlham Əliyev Saatlı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlmişdir. 
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısına məlumat verildi ki, rayonda abadlıq və yaşıllaşdırma sahəsində diqqət çəkən işlərdən biri Heydər Əliyev adına park və meydandır. Ümumi sahəsi 5,6 hektar olan park və meydan rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindəndir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, fəvvarə quraşdırılmışdır. Meydanın 5 min kvadratmetrdən artıq hissəsinə milli ornamentli plitələr döşənmiş, həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin Heydər Əliyev muzeyi fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında