Prezident İlham Əliyev Qasımbəyli kəndində tikilmiş yeni evlərlə tanış olmuşdur

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabadın Qasımbəyli tam orta məktəbi ilə tanışlıqdan sonra ötən ilin mayında Kür çayının daşması nəticəsində bu kənddə evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olmuşdur. 
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşılayaraq dedilər: Allah Sizi Azərbaycana çox görməsin. Rayonumuza, kəndimizə xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Necəsiniz, nə var, nə yox?
SAKİN: Sağ olun, hər şey yaxşıdı. Allah köməyiniz olsun. Siz bu evi tikdirib bizə verdiniz. Bizə gözəl şərait yaratdınız.
Prezident İlham ƏLİYEV: Çox şadam ki, ev tikildi, gözəl daş evdir. Burada rahat yaşamaq olar. Bu, sizin köhnə evinizdir? Burada su nə qədər qalxmışdı?
SAKİN: Üç metr.
Prezident İlham ƏLİYEV: Bu ev nədən tikilmişdi?
SAKİN: Şpaldan.
Dövlətimizin başçısı Qasımbəyli kənd sakini Bəxtiyar Abışovun evində oldu.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, təbii fəlakət nəticəsində evlərini itirən əhali üçün bütün standartlara uyğun və yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilməklə yeni evlər inşa olunmuşdur. Yeni mənzillər əvvəlkilərlə müqayisədə daha genişdir və otaqların sayı da çoxdur.
Dövlətimizin başçısına bildirildi ki, Qasımbəyli kəndində 74 ev tikilib və onlardan 55-i artıq istifadəyə verilib. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla, Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli və Əsgərbəyli kəndlərində tikilən 169 fərdi evdən 85-i artıq istifadədədir. Prezident İlham Əliyevə məlumat verildi ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması və dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılmışdır. Zərər çəkən insanlara 10 milyon manata qədər kompensasiya ödənilmişdir. Sabirabad rayonunun Kürboyu ərazilərində yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılmışdır. Bu il rayonun ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndi təmir olunmuş, silsilə qurğular inşa edilmişdir. Ümumilikdə ötən müddətdə Kür, Araz və digər çaylar boyunca kompleks mühafizə tədbirləri həyata keçirilmiş, əhalinin təhlükəsizliyinin maksimum müdafiəsi sahəsində ciddi işlər görülmüşdür.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında