Qasımbəyli kəndində əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Sabirabadın Qasımbəyli kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdən sonra əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olmuşdur.  
Dövlətimizin başçısına məlumat verildi ki, Qasımbəyli kənd orta məktəbinin binasında yaradılan şərait Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Son illər ölkəmizdə yüzlərlə yeni məktəb binalarının inşası, bir çoxunda yeni korpusların tikilməsi həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu, bir daha təsdiqləyir ki, "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Yeni təhsil ocaqlarının inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhsilin inkişafına qayğı işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən çoxsaylı yeni məktəb binaları Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edildi ki, ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəymiş, demək olar ki, bütün infrastruktur dağılmışdı. Kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin dövlətimizin başçısının tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulub istifadəyə verilmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, əsaslı təmirdən sonra daha geniş və müasir standartlara uyğunluğu ilə seçilən bu məktəb binası qasımbəylililər üçün əsl hədiyyə olmuşdur. Hazırda 246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılmış, sinif otaqları zəruri avadanlıqla təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları diqqət mərkəzində saxlanılmışdır. Fənn laboratoriyalarında da yüksək şərait yaradılmışdır. Əyani vəsaitlərin bolluğu ilə diqqət çəkən siniflərdə şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün heç bir problem yoxdur. Şagirdlərin yüksək təhsili və pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınmışdır. Məktəb istilik sistemi ilə təchiz olunmuş, burada yaradılmış müasir idman zalında zəruri avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev məktəbin idman zalında güləşçilərin nümunəvi çıxışlarını izlədi.
Bildirildi ki, rayonda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra digər tədbirlər də həyata keçirilir. Sabirabadın Yuxarı Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmış, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında