Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq konfederasiyasının prezidenti Mixail Şmakovu qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakovu qəbul etmişdir.
Mixail Şmakov Bakıda keçiriləcək "Miqrasiya problemləri və çağırışlar: Həmkarlar ittifaqlarının rolu" mövzusunda II konfransın önəmini qeyd etdi. O, Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil edilən bu tədbirdə müxtəlif ölkələrin nümayəndələrinin iştirak edəcəyini dedi. Qonaq bildirdi ki, tədbirin əsas məqsədlərindən biri də beynəlxalq miqrasiya məsələlərini müzakirə etməkdən ibarət olacaqdır. O, bu baxımdan həmkarlar ittifaqı təşkilatlarının işçi miqrantların hüquqlarının qorunması istiqamətində həyata keçirdikləri işlərin əhəmiyyətini qeyd etdi. Rəhbəri olduğu təşkilatın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan qonaq, bu mühüm məsələnin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə imzalanan yeni müqavilədə də öz əksini tapdığını dedi.
Dövlətimizin başçısı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirdi. İşçi miqrantların fəaliyyətinin hüquqi tənzimlənməsi məsələsinə toxunan dövlət başçısı bu məsələnin həm ikitərəfli münasibətlərin inkişafında, həm də MDB çərçivəsində əməkdaşlıq baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev sürətlə inkişaf edən ölkəmizdə xaricdən gələn işçi qüvvəsinin artdığını bildirərək, Azərbaycanda miqrantların əmək fəaliyyəti istiqamətində görülən işləri qeyd etdi.
Mixail Şmakov vaxtilə Sovetlər İttifaqının Həmkarlar İttifaqı Təşkilatına rəhbərlik edən bir qrup şəxsin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə çəkdirdiyi fotoşəkli xatirə olaraq dövlətimizin başçısına təqdim etdi. Sonra Mixail Şmakov dövlətimizin başçısını Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının fəxri gümüş nişanı, Beynəlxalq Rabitə İşçiləri Həmkarlar İttifaqları Komitəsinin qızıl ordeni ilə təltif etdi. Mixail Şmakov Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 100 ilik yubileyi münasibətilə hazırlanmış abidənin maketini Prezident İlham Əliyevə təqdim etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında