Azərbaycan Prezidenti İlham Əliyev Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul etmişdir.
Kristian Vigenin ölkəmizə səfərinin əsas məqsədinin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələlərinin müzakirə edilməsindən ibarət olduğunu bildirdi. O, dövlət başçıları səviyyəsində bu əlaqələrə maraq göstərilməsinin önəmini vurğuladı.
Bu təşəbbüsün və proqramın ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edən dövlətimizin başçısı İlham Əliyev Kristian Vigeninin səfərinin bu sahədə gələcək əməkdaşlığımız üçün faydalı olacağına əminliyini bildirdi.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında