Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etmişdir.
Dюvlətimizin başçısı dedi:
- Bu ayın əvvəlində, daha doğrusu, iki həftə bundan əvvəl mən "Azərbaycan gəncliyi Dюvlət Proqramı haqqında" sərəncam imzalamışam. Sərəncamda Prezident Administrasiyasına tapşırıq verilib ki, iki ay müddətində Dюvlət Proqramının layihəsi hazırlansın və mənə təqdim edilsin. Proqramın hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır. İşçi qrupu fəal işləməlidir ki, biz konkret proqramı qəbul edək.
Bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır. Əlbəttə, orada icra mexanizmləri gюstərilməlidir ki, sadəcə olaraq hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarsın.
Eyni zamanda, proqram elə olmalıdır ki, yenə də deyirəm, orada gəncləri hazırda narahat edən məsələlər юz əksini və həllini tapsın. Ümumiyyətlə, bu istiqamətdə son illərdə bюyük işlər gюrülmüşdür. Bu gün Azərbaycan gəncləri юlkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dюvlətçiliyə sadiqdirlər. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bu, çox vacibdir.
O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk nюvbədə gənclərin məşğulluğu məsələləri юz həllini tapmalıdır. Son illərdə юlkəmizdə işsizliyin aradan qaldırılması üçün bюyük işlər gюrülmüşdür, yüz minlərlə yeni iş yeri açılmışdır, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir. Biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq.
Prezident İlham Əliyev gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atıldığını dedi. Azərbaycanda ipoteka kreditləşməsinə toxunan dюvlətimizin başçısı bildirdi ki, güzəştli şərtlər daha məqbul olmalı, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir. Gənclərin peşə hazırlığı ilə bağlı məsələlərdən danışan Prezident İlham Əliyev bunun daha aktual və qarşıda duran ciddi məsələlərdən biri olduğunu dedi. "Azərbaycanın artan iqtisadi potensialı, yeni müəssisələrin yaradılması peşəkar kadrlar tələb edir", - deyən dюvlətimizin başçısı bildirdi ki, kadrlar elə hazırlanmalıdır ki, onlar istənilən sahədə çalışa bilsinlər.
Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı bюyük işlər gюrməyin zəruriliyini vurğulayan Prezident İlham Əliyev orta və ali təhsillə bağlı məsələlərin həlli istiqamətində юlkəmizdə irəliyə doğru addımlar atıldığını qeyd etdi, bu sahədə gюrüləsi işlərin hələ çox olduğunu bildirərək dedi:
- Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır. Hesab edirəm ki, bu məsələlər proqramda da юz əksini tapmalıdır. Baxmayaraq ki, bu məsələlər təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi ilk nюvbədə gənclərlə bağlıdır və gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər gюrüləcəkdir. Biz юlkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz юlkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması юlkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır.
Dюvlətimizin başçısı gənclərin fiziki hazırlığı ilə bağlı məsələlərə də toxunaraq bildirdi:
-Gənclərin, yenə də deyirəm, bütün problemləri proqramda əks olunmalıdır. Biz fiziki sağlamlığı yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət gюstərilir. İndi bütün bюlgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. İdmançılarımıza dюvlət tərəfindən qayğı gюstərilir. İdmançıların fəaliyyəti üçün bütün tədbirlər gюrülür və biz burada iki məqsədi güdürük. İlk nюvbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkinci məsələ əlbəttə ki, Azərbaycanın idman şюhrətinin qaldırılması üçün biz peşəkar idmançıları da hazırlamalıyıq. Bu istiqamətdə bюyük uğurlar əldə edilib. Eyni zamanda, bu, gənclərdə və bütюvlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət gюstərir. Hər bir beynəlxalq yarışda, hər bir mюtəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi oyadır. Biz fəxr edirik ki, idmançılarımız, yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar.
Prezident İlham Əliyev hərbi hazırlıqla bağlı məsələlərin də proqramda yer alacağını qeyd edərək dedi:
- Proqramda hərbi hazırlıqla bağlı mütləq xüsusi yer ayrılmalıdır. Bu, bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütюvlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, o cümlədən diplomatik danışıqlara da müsbət təsir gюstərir və biz artıq bunun şahidiyik.
Gюrüşdə çıxış edənlər "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dюvlət Proqramının hazırlanması ilə bağlı verdiyi sərəncama və gənclərlə belə bir gюrüşün keçirilməsinə gюrə dюvlətimizin başçısına minnətdarlıq etdilər. Gənclər Dюvlət Proqramının hazırlanması ilə bağlı təkliflərini bildirdilər. Çıxış edənlər texniki peşə məktəblərində təhsilin təkmilləşdirilməsi, müasir bilik və bacarığa malik olan peşəkar texniki kadrlara olan ehtiyacı həll etmək üçün müxtəlif elmi-texniki təşkilatların inkişafına dюvlət dəstəyinin gюstərilməsi, yeni menecerlər nəslinin yetişdirilməsi üçün gənc sahibkarların stimullaşdırılması, ali təhsil ocaqlarında pedaqoji kadr məsələləri, xaricdə təhsillərini başa vurmuş gənclərin universitetlərdə pedaqoji işlərə cəlb olunması, gənclərin sosial məsələlərinin həlli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında gənclərin rolu və digər məsələlərlə bağlı fikir və təkliflərini bildirdilər.
Gəncləri dinləyən dюvlətimizin başçısı gюrüşdə səslənən təkliflərin hamısının Dюvlət Proqramının hazırlanmasında nəzərə alınacağını dedi. Gюrüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, cəmiyyətin bütün üzvləri kimi Azərbaycan gəncləri də юlkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc юz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı юlkəmizin dəyişməz mюvqeyini bir daha bəyan etdi. Dюvlətimizin başçısı bildirdi ki, münaqişə yalnız beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütюvlüyü çərçivəsində həllini tapa bilər.
Gюrüşdən sonra xatirə şəkli çəkdirildi.
(Geniş hesabat qəzetin nюvbəti nюmrəsində dərc ediləcəkdir).
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.