Prezident İlham Əliyev Astara qaz-kompressor stansiyasının açılışında iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Astara qaz-kompressor stansiyasının açılışında iştirak etmişdir. 
Stansiyanın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev Astara qaz-kompressor stansiyasının, həmçinin rayonun qaz təchizatı sxemləri ilə tanış oldu.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, hazırda şəhərlə bərabər, rayonun 26 qəsəbə və kəndi qazlaşdırılmışdır. Digər 10 kəndin qazlaşdırılması ilə bağlı hazırlıq işləri gedir. Bu ilin sonunadək həmin kəndlər də qazlaşdırılacaqdır. Digər 14 kəndin qazlaşdırılması isə gələn ilin sonunadək həyata keçiriləcəkdir. Beləliklə, Astaranın 50 kəndi qazlaşdırılacaqdır ki, bu da rayonun 91 faizini əhatə edir.
Dövlətimizin başçısına bildirildi ki, Astara rayonundakı qaz-kompressor stansiyasının tikinti işləri uğurla başa çatdırılmış və Dövlət Komissiyası tərəfindən istismara qəbul edilmişdir. Stansiyada müasir avtomat sistemlər və avadanlıqdan istifadə etməklə giriş qazının təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həcminin ölçülməsi və qazın magistral kəmərə vurulması üzrə bütün zəruri işlər görülmüşdür.
Dövlətimizin başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış oldu və müəssisəni işə saldı.
Bildirildi ki, mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədi ilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilmişdir. Ətraf rayonların və Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədi ilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulmuşdu. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələdə qaz mühərrikli 6 kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılmışdır. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünün 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, stansiyanın kollektivinə uğurlar arzuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında