Prezident İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac avtomobil yolunun açılışında iştirak etmişdir

Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Astara-Bala Şahağac kəndi avtomobil yolunun açılışında iştirak etmişdir.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev yolun əvvəlki və indiki vəziyyətini əks etdirən stendə baxdı.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev məlumat verdi ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonun əsas yollarından olan Astara-Bala Şahağac avtomobil yolunun tikintisi də bu qəbildəndir.
Bildirildi ki, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdikləri Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması üçün Prezident İlham Əliyev 2010-cu il aprelin 21-də "Astara rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon manat vəsait ayrılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, əvvəllər Ələt-Astara magistralı ilə paralel olaraq dövlət əhəmiyyətli yol kimi istifadə edilən, Xəzər dənizinin sahili boyunca çəkilmiş 19 kilometrlik Astara-Bala Şahağac avtomobil yolu uzun müddət baxımsızlıq ucbatından və dənizin səviyyəsinin qalxması ilə əlaqədar yararsız vəziyyətə düşmüşdü. Rayonun yeddi iri yaşayış məntəqəsini əhatə edən yolun ətrafında Astara dəmir yolu stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman Kompleksi, neft və yük terminalları, həmçinin digər dövlət əhəmiyyətli obyektlər yerləşir. İndi bu avtomobil yolu müasir tələblərə uyğun yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Asfalt örtüyünün eni 6 metr, qalınlığı 7 santimetr olan yolun hər iki tərəfində eni 2,6 metr olan piyada yolu salınmışdır. Yolun müəyyən hissəsi Xəzər dənizinin yaxınlığından keçdiyindən 500 metr ərazidə sahil-bərkitmə işləri görülmüşdür. Bundan əlavə, yol boyu 3 körpü və 6 suötürücü əsaslı təmir edilmiş, 5 avtobus dayanacağı tikilmişdir.
Bildirildi ki, müasir standartlar səviyyəsində inşa olunan Astara-Bala Şahağac yolunun istifadəyə verilməsi nəticəsində rayonun daha bir problemi aradan qalxmışdır.
Sonra Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Astara-Bala Şahağac avtomobil yolunda görülən işləri yüksək qiymətləndirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında