Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətə başlamışdır

Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və muzeylə yaxından tanış oldu.
Məlumat verildi ki, Cəlilabad rayonu tarixi abidələrlə zəngin bölgələrdən biridir. Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Cəlilabadda eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış məskəni, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.
İnşasına bu ilin əvvəlində başlanılan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi qısa müddətdə başa çatdırılmışdır. Binası orijinal memarlıq üslubunda inşa edilən muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.
Prezident İlham Əliyev muzeyin girişində quraşdırılan fotostendlərə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotolar vardır.
Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə yaradılmışdır.
Muzeydə 3000-ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik, dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları, gil və mis qablar nümayiş etdirilir. Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında