Biləsuvarda yeni gömrük buraxılış məntəqəsi açılmışdır

Aprelin 29-da Prezident İlham Əliyev Biləsuvarda yeni gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış oldu.
Aydın Əliyev dövlətimizin başçısına məlumat verdi ki, inşasına 2007-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 40 hektardır. Məntəqənin ərazisində ümumilikdə 8 bina vardır. Burada 50 nəfər işləyir. Gömrük buraxılış məntəqəsindən gündə 200 avtomobil və 1200 nəfər buraxılır. Ərazidə müvəqqəti saxlanc və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir.
Məntəqədə yük və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Aparat vasitəsilə istər yük, istərsə də nəqliyyat vasitəsində olan bütün mallar aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilmişdir.
Diqqətə çatdırıldı ki, burada iki ixrac və iki idxal gömrük nəzarəti xətti vardır. Gömrük buraxılış məntəqəsində "Bir pəncərə" sistemi tətbiq edilmişdir. Burada yük maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışır. Sanitar karantin, fitosanitar və baytar nəzarəti xidməti də vardır. Terminalın ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.
Prezident İlham Əliyev gömrük buraxılış məntəqəsində kinoloqların təlim prosesini izlədi.
Dövlətimizin başçısı sərnişin xəttində yüklərin yoxlanmasına baxdı, Biləsuvar, Samur, "Sınıx körpü", Astara və Mazımçay sərhəd keçid məntəqələrinin əvvəlki və müasir vəziyyətini əks etdirən fotolara baxdı.
Gömrük buraxılış məntəqəsi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Bununla da Prezident İlham Əliyevin Biləsuvar rayonuna səfəri başa çatdı.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında