Prezident İlham Əliyev Perunun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.
 
səfir Mariya Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mariya Milaqros Kastanyon Seoane etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Mariya Milaqros Kastanyon Seoane Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarını dövlətimizin başçısına çatdırdı. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Mariya Milaqros Kastanyon Seoane Azərbaycan ilə Peru arasında ­mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu dedi. 
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ­inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirdi, bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri 
olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş etdi. 
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında