Dövlətimizin başçısı Biləsuvarda Regional Ana və Uşaq Mərkəzinin binası ilə tanış olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Biləsuvarda regional ana və uşaq mərkəzinin binası ilə tanış olmuşdur.
Təməli 2009-cu ildə qoyulan Biləsuvar Regional Ana və Uşaq Mərkəzinin tikintisi bir il ərzində davam etdirilmişdir. Müasir üslubda tikilən mərkəzin yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələşdirilərək inşa edilmişdir. Müəssisənin tikintisi müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda səhiyyə işinin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır. Ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində görülən işlər keçmişdə ciddi narahatlıq doğuran problemlərin də həllinə imkan yaratmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin köklü həllinə yönəlmişdir.
Səhiyyə ocağı ilə tanışlıq zamanı bildirildi ki, Biləsuvar Regional Ana və Uşaq Mərkəzinin üçmərtəbəli binası 32 çarpayılıqdır. Burada üç cərrahiyyə bloku, rentgen otağı, poliklinka, bərpa, ginekologiya, ana və uşaqların sağlamlığı, o cümlədən müalicə şöbələri vardır. Artıq mərkəz üçün tibbi avadanlığın alınması ilə bağlı sifarişlər verilmişdir. Mərkəz tam fəaliyyətə başladıqdan sonra burada 42 həkim çalışacaqdır.
Prezident İlham Əliyev mərkəzin kadr potensialı və texniki təchizatı ilə bağlı tapşırıqlarını verərək dedi:
- İndi əsas odur ki, burada yaxşı tibbi xidmət göstərilsin, yaxşı mütəxəssislər olsun, çünki müasir avadanlıq quraşdırılacaqdır. Görürəm ki, tikinti çox böyük keyfiyyətlə və zövqlə həyata keçirilir. Əsas odur ki, burada istismar müddətində bütün lazımi qaydalar qorunsun. İndi yerli həkimlər buna nə dərəcədə hazırdırlar, siz gərək ona baxasınız. Yəqin ki, burada müəyyən treninqlər, təlim kursları keçirilməlidir. Birinci mərhələdə Bakıdan, bəlkə də başqa ölkələrdən mütəxəssislər gətirilməlidir ki, işə başlanandan sonra dərhal yüksək xidmət göstərilsin.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında