Prezident İlham Əliyev Biləsuvar dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Biləsuvar dairəvi avtomobil yolunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul etdiyi qərarların və verdiyi tapşırıqların icrası ilə əlaqədar regionlarda avtomobil yollarının tikintisi, yenidən qurulması layihələri uğurla icra olunur. Belə layihələrdən biri də cənub bölgəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında mühüm rol oynayan və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi Biləsuvar şəhərinin dairəvi avtomobil yolunun tikintisidir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, Biləsuvar dairəvi avtomobil yolu Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu ilə hərəkət edən tranzit nəqliyyat vasitələrinin Biləsuvar şəhərinə girmədən hərəkətini davam etdirməsi məqsədi ilə inşa olunmuşdur. Yolun inşasına 1990-cı ildə başlansa da, torpaq yatağının bir hissəsi tikildikdən sonra maliyyə çatışmazlığı səbəbindən işlər dayandırılmışdı. Yolun bu hissəsi uzun müddət yararsız vəziyyətdə olduğu üçün burada tez-tez qəzalar qeydə alınırdı. Yolun strateji əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı 2008-ci ildə Nəqliyyat Nazirliyinə tikinti işlərinə başlanması barədə tapşırıq verdi. Təsadüfi deyildir ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindən sutkada 7300-dən çox avtomobil keçir.
Məlumat verildi ki, uzunluğu 10,6 kilometr olan yol ikinci dərəcəlidir. Asfalt-beton örtüklü yolda hərəkət hissəsinin eni 9 metrə, iki hərəkət zolağının hər birinin eni isə 3,75 metrə çatır. Yolun 3-cü kilometrində Bulqarçay üzərində, 9-cu kilometrində Əzizbəyov kanalı üzərində uzunluğu 52 metr, eni 10 metr olan 2 körpü tikilmişdir.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında