Dünyada böyük hörmətə malik Azərbaycanın Novruz bayramı bu il YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ümumxalq Novruz şənliklərində iştirak etmişdir

{nl}

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı bu il YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.

{nl}

Dövlətimizin başçısının bu il Novruz bayramı münasibətilə xalqımıza təbrikində deyildiyi kimi, sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır.

{nl}

Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız da bu əziz günü bizimlə bərabər qeyd edirlər.

{nl}

Doğma Azərbaycanımızın hər yerində xalqımız qədim adət-ənənələrlə zəngin olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə bayram edir.

{nl}

Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri martın 20-də ölkəmizin paytaxtı Bakıda keçirilmişdir. Qədim Qız qalasının qarşısında bayram münasibətilə böyük mərasim təşkil olunmuşdu. Ətrafdakı binaları al-əlvan plakatlar bəzəyirdi. Burada Novruzun rəmzi olan nəhəng səməni də var idi.

{nl}

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısına gəldilər.

{nl}

Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtımızın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

{nl}

Qədim tariximizi əks etdirən səhnələr – İçərişəhərin qala divarları və Qız qalasının üstündə dayanmış nizə və qalxanlı döyüşçülər, Dədə Qorqudun xalqa xitabı, öyüd-nəsihəti, igidləri düşmən üzərində qələbəyə səsləməsi, Bahar bayramının yurdumuza ruzi-bərəkət gətirməsi üçün xeyir-dua verməsi qəhrəmanlıqla dolu keçmişimizin mənzərəsini canlandırırdı.

{nl}

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinə gələnlərdə daha xoş ovqat doğururdu.

{nl}

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

{nl}

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında