Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi

Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir

{nl}

Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirilmişdir. Qədim Qız qalasının qarşısındakı meydan yenə də izdihamlı idi. Ətrafdakı binalar al-əlvan plakatlarla bəzədilmişdi. Burada Novruzun rəmzi olan nəhəng səməni də var idi.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq iki ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, xoşməramlı səfir Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni "Beynəlxalq Novruz Günü" elan etmişdir.
Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə xalqımıza təbrikində deyilir ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Baharın Azərbaycan torpağına builki gəlişi dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə yubiley hazırlıqları ilə üst-üstə düşür. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Suverenlik şəraitində özünün iyirminci baharını yaşayan respublikamız Novruz günlərində Beynəlxalq muğam festivalı çərçivəsində ayrı-ayrı ölkələrdən gəlmiş muğam tədqiqatçılarını, xanəndələri və çoxsaylı qonaqları qəbul edir. Xalqımızın əbədi və təkrarsız sənət incisi muğam baharın insanlarda inam hissini və yaradıcılıq şövqünü artıran yeniləşdirici ab-havası ilə yaxından səsləşir."Muğam aləmi" II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da xüsusi vurğulamışdır ki, muğam festivalının Novruz bayramı ərəfəsində keçirilməsi heç də təsadüfi deyildir. Muğamla Novruzu birləşdirən bir çox amillər vardır. İkisi də olduqca qədimdir, ikisi də özündə ənənələrlə yeniliyi birləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısındakı meydana gəldilər.
Buraya toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanımı Novruz bayramı münasibətilə təbrik etdilər.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında