Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Beynəlxalq Əmək Təşkilatının baş direktorunun Azərbaycana ilk dəfədir səfər etdiyini deyən Qay Rayder bu səfəri həyata keçirməyindən dərin məmnunluq hissi duyduğunu vurğuladı. Dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edən Qay Rayder Prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışını diqqətlə izlədiyini qeyd edərək, orada əmək və sosial məsələlərlə bağlı söylənilən fikirlərin çox böyük maraq doğurduğunu bildirdi. O qeyd etdi ki, Prezident İlham Əliyevin əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı söylədiyi fikirlər mühüm əhəmiyyət daşıyır. Qay Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, bu səfərin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, o cümlədən əhalinin əmək və sosial təminatı istiqamətində mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurların əldə edildiyini dedi. Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olan və sürətli iqtisadi inkişaf nəticəsində baş verən demoqrafik artımla əlaqədar ölkə qarşısında gələcəkdə yeni iş yerlərinin yaradılması kimi mühüm vəzifənin durduğunu bildirdi və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın önəminə toxunaraq bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında