Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 16-da Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşlar.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmaq üçün buraya gəldilər.
Xəbər verildiyi kimi, bu meydanda dövlət bayrağı ilk dəfə 2010-cu il sentyabrın 1-də qaldırıldı. 2010-cu il noyabrın 9-da isə Azərbaycanda ilk dəfə qeyd edilən Bayraq Günü münasibətilə təşkil olunan mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Muzeyinə baxış keçirdi və Bayraq Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi. Burada görülən işləri daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə nadir memarlıq abidəsi olan Bayraq Meydanının müstəqilliyimizin rəmzi olduğunu vurğulayaraq bu layihəyə böyük diqqət göstərildiyini bildirdi. Həmin müşavirədə sahəsi 6 hektar olan Dövlət Bayrağı Meydanının ətrafında aparılan böyük quruculuq, abadlıq işlərinə toxunan Prezident meydanın ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması ilə əlaqədar işlərin getdiyini dedi və layihənin bu ilin sonuna qədər başa çatacağına ümidvar olduğunu bildirdi. Bayraq Meydanının ətraf ərazilərində görülən işlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ətraflı məlumat verildi.
Dövlətimizin başçısı və xanımı Bayraq Meydanından şəhərin panoramını seyr etdilər.
Ərazidə aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında