Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonağın ölkəmizə səfərinin Azərbaycan-Mərakeş ikitərəfli münasibətlərinin inkişafı baxımından əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu səfərin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını vurğuladı. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmli olduğunu dedi.
Ədliyyə naziri Məhəmməd Nəsiri rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsiri ölkəsində islahatların həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, Mərakeşin Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatların təcrübəsindən bəhrələnmək istəyində olduğunu bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında