Xaçmaz-Xudat avtomobil yolunun açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də Xaçmaz-Xudat avtomobil yoludur. Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir. Kənd və qəsəbələri birləşdirən yolların müasir səviyyədə yenidən qurulması, ümumilikdə, həmin bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərir. Yolların yenidən qurulması yerləşdikləri ərazilərdə yük və sərnişin daşımasını xeyli yaxşılaşdırır, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaradır. Bu da kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, birinci və üçüncü texniki dərəcəli yolun uzunluğu 24 kilometrdir. 2-4 hərəkət zolağına malik yolun hərəkət hissəsinin eni 7-15 metrdir. Hər iki tərəfdən çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni 19 metrdir. Yolun tikintisi zamanı genişmiqyaslı torpaq işləri görülüb, 2 laydan ibarət 13 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Yolboyu asfalt-beton qarışığından səkilər tikilib, geniş ərazidə beton səki daşları düzülüb. Yolda lazım olan bütün infrastruktur yaradılıb, xeyli sayda yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.

Xaçmaz-Xudat avtomobil yolunun yenidən qurulması 54 min nəfər əhalisi olan 59 yaşayış məntəqəsini birləşdirən yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa, bölgədə turizmin inkişafına imkan verməklə yanaşı, Yalama sərhəd keçid məntəqəsi ilə rahat nəqliyyat əlaqəsini də yaratmış olur. Bu da həmin yolun həm də beynəlxalq əhəmiyyətinin bir göstəricisidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında