Prezident İlham Əliyev Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Bakının Qaradağ rayonunda yeni gəmiqayırma zavodunun təməlqoyma  mərasimindən qayıdarkən yolüstü Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində aparılan təmizlik və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

{nl}

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində həyata keçirilən tədbirlərin gedişi ilə bağlı məlumat verdi.

{nl}

Qeyd edildi ki, dövlət başçısının təşəbbüsü və birbaşa tapşırığı ilə respublikamızın müxtəlif yerlərində, o cümlədən Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində son illər, eləcə də 2010-cu “Ekologiya ili”ndə geniş təmizlik və abadlıq tədbirləri həyata keçirilmişdir. Bu günədək təkcə Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində 526 hektar çirkli torpaq sahəsinin monitorinqi aparılmış, 216 hektar ərazi mexaniki və bioloji üsullarla rekultivasiya edilmişdir.

{nl}

Təmizlənmiş ərazilərdə 60 mindən artıq müxtəlif ağac, kol və gül tingləri əkilmişdir. İstismar quyularını qapalı sistemə keçirmək üçün mədənlərdə lay suları axıdılan torpaq kanal dəmir-beton kanalla əvəz olunmuş, min kubmetrlik iki rezervuar tikilmiş, 800 metr uzunluğunda metal boru xətti korroziyaya davamlı şüşə-plastik boru ilə əvəz olunmuş, bir neçə gölməçə qurudulmuşdur. Ərazidə ləğv edilmiş bütün dor və qüllələr sökülmüş, istismar quyularının ətrafında abadlıq işləri aparılmışdır. Qeyri-perspektivli hesab edilən 232 quyu istismardan çıxarılmışdır. Yatağın dəniz və quru hissələrində yararsız hala düşmüş estakada meydançaları və özüllər, yeraltı və yerüstü boru xətləri, rezervuarlar və digər metal konstruksiyalar sökülmüş, batmış və yarımbatmış gəmilər qaldırılaraq metal qırıntısı kimi təhvil verilmişdir.

{nl}

Nəqliyyat vasitələrindən atmosfer havasına atılan qazların tərkibinə nəzarət etmək üçün Bibiheybət Neft-Qazçıxarma İdarəsinin ərazisində ekoloji yoxlama-ölçmə məntəqəsi tikilmiş və müasir cihazlarla təchiz olunmuşdur.

{nl}

Həyata keçirilən təmizlik və abadlaşdırma  tədbirləri ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında