Prezident İlham Əliyev Sudanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Hussein Hasan Zarougun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Mohammed Hussein Hasan Zaroug etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Mohammed Hussein Hassan Zaroug Prezident İlham Əliyev kimi nüfuzlu şəxsiyyətin rəhbərlik etdiyi Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirdi. Səfir Sudan Prezidenti Ömər Hassan əl-Bəşirin salamlarını və dərin ehtiramını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Ölkələrimiz arasında ümumi dəyərlərin mövcud olduğunu qeyd edən sudanlı diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəmizin hüquqlarını, eləcə də Azərbaycanın İslam Konfransı Təşkilatı və BMT-yə təqdim etdiyi qətnamələri ölkəsinin dəstəklədiyini bildirdi. Sudanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Mohammed Hussein Hasan Zaroug ölkəmizin neft sahəsində böyük təcrübəyə malik olmasını nəzərə alaraq, Azərbaycanın Sudanın neft sənayesinin inkişafı ilə bağlı təcrübəsinin bölüşdürülməsində və Azərbaycanın Sudanın energetika sahəsinə sərmayə qoyulmasında ölkəsinin maraqlı olduğunu dedi. Sudanın neft sənayesində hazırda yüksək vəzifələri tutan xeyli sayda mütəxəssisin vaxtilə Azərbaycanda təhsil aldığını vurğulayan səfir, sudanlı tələbələrin yenidən ölkəmizdə təhsil almaları ilə bağlı müqavilənin imzalanmasının zəruriliyini də bildirdi.
Ölkəmizlə münasibətlərə dair səfirin fikirlərinə razılığını bildirən dövlətimizin başçısı beynəlxalq təşkilatlarda Sudanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü və ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Prezident Ömər Hassan əl-Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında