Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul etmişdir.
Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamulla Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdə böyük inkişaf və tərəqqi proseslərinin onda yüksək təəssürat oyatdığını demişdir. Azərbaycan ilə yaxından tanış olmaq fürsəti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən qonaq dünya dini liderlərinin Bakı sammitinin əhəmiyyətini yüksək qiymətləndirmiş, sammitdə səslənən fikirlərin və ideyaların reallaşmasını arzulamışdır.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətləri genişləndirməyin vacibliyini vurğulamışdır. Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmişdir. Dünya dini liderlərinin Bakı sammitinə toxunan dövlətimizin başçısı sammitin yaxşı nəticələr verəcəyinə inamını ifadə etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında