Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurenanı qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurenanı qəbul etmişdir.
Ölkəmizə səfəri çərçivəsində Mingəçevirə gedəcəyini və buradakı avarçəkmə mərkəzində olacağını deyən Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurena bu cür mərkəzlərin beynəlxalq idman yarışlarının keçirilməsi üçün əhəmiyyətini qeyd etdi.
Sovetlər İttifaqı dağıldıqdan sonra Mingəçevir avarçəkmə mərkəzinin yararsız vəziyyətə düşdüyünü bildirən dövlətimizin başçısı son illər bu mərkəzdə ən müasir standartlara uyğun şəkildə əsaslı bərpa və yenidənqurma işlərinin aparıldığını dedi.
Görüşdə Mingəçevir avarçəkmə mərkəzinin ölkəmizdə idmanın inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında